AZ

Özbəkistan Qarabağın bərpasında dəstəyini davam etdirəcək - Səfir

Özbəkistan Qarabağın bərpasında Azərbaycana dəstəyini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu bu ölkənin səfiri Bəhrom Əşrəfxanov Özbəkistanın Müstəqillik Gününü qeyd edərkən deyib.

“Özbəkistan qardaş Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərə, o cümlədən, iqtisadiyyatın və sənayenin sürətli inkişafına, eləcə də, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına həmişə heyranlıqla yanaşır.

Özbəkistan sosial infrastrukturun və istehsal obyektlərinin tikintisində bundan sonra da dəstək verməyə hazırdır”.

Bəhrom Əşrəfxanov Azərbaycanın Özbəkistanın xarici tərəfdaşları arasında xüsusi yer tutduğunu vurğulayıb.

“Ortaq tarixə, adət-ənənələrə, dinə, dilə, qarşılıqlı hörmət və etimada əsaslanan Özbəkistan-Azərbaycan münasibətlərinin sürətli inkişafı bizdə sevinc və məmnunluq hissi yaradır.

İkitərəfli münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxarılmasının əməyi Özbəkistan və Azərbaycan prezidentləri - Şavkat Mirziyoyev və İlham Əliyevə məxsusdur. Sevindirici haldır ki, liderlərimizin hər bir qarşılıqlı səfəri ikitərəfli münasibətlər tarixində növbəti tarixi hadisə kimi qeyd olunur və bu, əziz ənənəyə çevrilib”, - deyə diplomat bildirib.

Səfir 2024-cü ilin avqustunda Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirildiyini və ən əsası, Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalandığını xatırladıb.

“Bundan sonra siyasi, iqtisadi, investisiya, elmi-texniki, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı müttəfiq tərəfdaşlıq məntiqi ilə həyata keçiriləcək”.


Müəllif: Teleqraf.com
Seçilən
2
3
teleqraf.com

4Mənbələr