EN

“Fransa İranla qarşıdurmaya hazırdır” - Makron

Fransa prezidenti Emmanuel Makron İranın İsrailə hücumunu pisləyib və ABŞ-nin maraqlarını qoruyaraq Tehranla qarşıdurmaya hazır olduğunu bəyan edib.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

“Biz ABŞ ordusunu və maraqlarını İrandan və Tehranın dəstəklədiyi terrorçulardan qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”, - deyə siyasətçi vurğulayıb.

Makron qeyd edib ki, Paris İranın aqressiv davranışını dayandırmaq üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək.

Eyni zamanda, Fransa prezidenti İsraildən hərbi əməliyyatlarını mümkün qədər tez dayandırmağı da xahiş edib.

 

 

Daşqın Həsənovmissiya.Az

 

Chosen
16
3
missiya.az

5Sources