AZ

Makron İrana meydan oxudu

Fransa prezidenti Emmanuel Makron İranın İsrailə hücumunu pisləyib və ABŞ-ın maraqlarını qoruyaraq Tehranla qarşıdurmaya hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, Yelisey sarayının bəyanatında deyilir: “Biz ABŞ ordusunu və maraqlarını İrandan və İranın dəstəklədiyi terrorçulardan qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”.

Bununla yanaşı, Makron əlavə edib ki, Fransa Tehrana qarşı mübarizə aparmaq üçün Yaxın Şərqdəki hərbi resurslarını işə sala bilər.
O qeyd edib ki, Paris İranın aqressiv davranışını dayandırmaq və onu ədalətə çatdırmaq üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək.

Eyni zamanda, Fransa prezidenti İsraildən hərbi əməliyyatlarını mümkün qədər tez dayandırmağı xahiş edib.

Seçilən
2
3
modern.az

5Mənbələr