EN

Fransada çimərlik voleybolu üzrə Avropa Kuboku keçiriləcək

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Avropa Kuboku (CEV Beach Volley European Cup) keçiriləcək.

İdman.biz xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Fransanın Montpellier şəhəri ev sahibliyi edəcək.

Oktyabrın 10-13-də baş tutacaq Avropa Kubokunda ölkəmizdən “Azərreyl" klubunun qadın və kişi komandaları təmsil olunacaq.

Qaydalara əsasən, yarışda iştirak edən hər klub 2 komanda ilə və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər. Qrup birinciləri birbaşa yarımfinala yüksəlir. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.

Qeyd edək ki, 2023-cü ildə ilk dəfə Türkiyədə keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunda (CEV Beach Volley European Cup) ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.

İdman.biz

Chosen
14
11
idman.biz

10Sources