AZ

Azərbaycanı onlar təmsil edəcək

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Avropa Kuboku (CEV Beach Volley European Cup) keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Fransanın Montpellier şəhəri ev sahibliyi edəcək. 10-13 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda ölkəmizi “Azərreyl” klubunun qadın və kişi komandaları təmsil edəcək.

Qaydalara əsasən, yarışda iştirak edən hər klub 2 komanda ilə və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər. Qrup birinciləri birbaşa yarımfinala yüksəlir. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.

Qeyd edək ki, 2023-cü ildə ilk dəfə Türkiyədə keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunda (CEV Beach Volley European Cup) ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.

Seçilən
7
11
futbolpress.az

10Mənbələr