"Həm Baş Prokurorluq, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi daim korrupsiya ilə mübarizə məsələlərini diqqətdə saxlayır"."DogruXeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib."Bizə istər sui-istifadə halları, istərsə də rüşvət tələb olunması barədə vətəndaşlar tərəfindən məlumatlar daxil olduqca biz onları ciddi araşdırır və müvafiq tədbirləri həyata keçiririk.Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək", - deyə Baş prokuror qeyd edib.