AZ

Kamran Əliyev: Korrupsiya ilə bağlı vətəndaşların bütün müraciətləri ciddi araşdırılır

"Korrupsiya ilə mübarizə məsələsi daim Baş Prokurorluğunun diqqətində saxlanılır".

APA-nın xəbərinə görə, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, vətəndaşlar tərəfindən bu məsələ ilə əlaqədar edilən bütün müraciətlər ciddi şəkildə araşdırılır:

"Həm Baş Prokurorluq, həm də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daim korrupsiya ilə mübarizə məsələlərini diqqətdə saxlayır. Bizə istər sui-istifadə halları, istərsə də rüşvət tələb olunması barədə vətəndaşlar tərəfindən məlumatlar daxil olduqca biz onları ciddi araşdırır və müvafiq tədbirləri həyata keçiririk. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək".

Seçilən
9
8
apa.az

10Mənbələr