EN

İran Hizbullahı tərk edə bilməz, çünki bu halda digər müttəfiqlərini də itirmək təhlükəsi ilə üzləşə bilərlər

İsrailin Hizbullah lideri Həsən Nəsrullahı öldürməsi İrana ciddi bir dilemma qarşısında qoyub. İran rejimi mühüm müttəfiqinin itirilməsinin öhdəsindən necə gələcəyinə qərar verə bilmir. Eyni zaman Həsən Nəsrullahın öldürülməsindən sonra regional təsirini qorumaq üçün hansı addımları atacağını düşünür.

Bununla bağlı "Economic Times" nəşri məlumat paylaşıb.

Uzun müddət İran tərəfindən silahlandırılan və maliyyələşdirilən Livanın Hizbullah qruplaşması şənbə günü  İsrailin hava zərbəsi nəticəsində Nəsrullahın öldüyünü təsdiqlədi.

Onun öldürülməsi Hizbullah və İsrail arasında sərhədlərarası münaqişənin kəskin artmasına və bütün regionu daha geniş müharibəyə sürüklənməsinə səbəb ola bilər.

İranın ali lideri Ayətullah Əli Xamenei Nəsrullahın ölümünün "nəticəsiz" qalmayacağını və rejimin birinci vitse-prezident Məhəmməd Rza Aref isə bunun İsrailin "məhv edilməsinə" səbəb olacağını iddia etdi.

Hezbollah

Beynəlxalq Böhran Qrupunun eksperti Əli Vaez deyib ki, Nəsrullahın öldürülməsi “İranın davam edən "münaqişəyə birbaşa müdaxilədən çəkinmək" siyasətini dəyişməyib”. Lakin bu, İranı "ciddi dilemma" qarşısına qoyub. Buna əsas səbəb isə İran iqtisadiyyatının üzləşdiyi iqtisadi böhrandır.

İran rejiminin üzləşdiyi iqtisadi böhranı nəzərə alaraq demək olar ki, Hizbullahın bərpası İran rejimi üçün heç də asan olmayacaq. Eyni zamanda İran rejimi Hizbullah layihəsinə təxminən 40 il ərzində qoyulan sərmayədən bir gecədə imtina etməyəcəklər. İran Hizbullahı tərk edə bilməz, çünki bu halda digər müttəfiqlərini də itirmək təhlükəsi ilə üzləşə bilərlər.

Analitiklərin fikrincə, İranın qarşılaşa biləcəyi digər güclü dilemma Hizbullah ilə əlaqə qurulması və silahların çatdırılmasıdır.

Missiles

Cümə günü İsrail hərbçiləri İranın Beyrut hava limanı vasitəsilə Hizbullaha silah tədarükünün qarşısını alacağına söz verib. Bu açıqlamadan sonra İsrail qırıcılarının səmada patrul gəzdiyi iddia edilir.

İsrail kəşfiyyatının terrorçu üzvlərinin peycerlərini hədəf alması Hizbullahın daxili kommunikasiyalarına da böyük zərbə vurdu.

Analitiklər hesab edir ki, 2006-cı ildə İsrail və Hizbullah arasında 33 günlük müharibədən fərqli olaraq, iranlıların müttəfiqləri ilə indi ünsiyyət qurması "çox çətin" olacaq.

Şahin Elxanoğlu

visiontv.az



Chosen
9
50
visiontv.az

10Sources