EN

HƏMAS-ı məğlub etdik, “Hizbullah”a böyük zərbə vurduq! - Netanyahu

“Yəmən və Livana hücumlar hazırda Yaxın Şərqdə qüvvələr balansını dəyişən İsrailin gücünü göstərir”.

Modern.az xəbər verir ki, bunu İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

“Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirini qırdıq, “Hizbullah”a böyük zərbə vurduq, Nəsrullahı aradan götürdük, hərəkatın yüksək səviyyəli komandirlərini sistemli şəkildə sıradan çıxarırıq.

Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndə düşmənlərimizə yenidən hücum edib. Hər kəs İsrailin gücünün miqyasını görür, hamı hədəflərə atılan atəşi görür, hamı bizə hücum edənlərin ödədiyi bədəli görür”, - Netanyahu vurğulayıb.
 

Onun sözlərinə görə, İsrail hazırda güclü, lakin eyni zamanda çətin dövrlərdə yaşayır və yeddi cəbhədə müharibə aparır.

“Yaxın Şərqdəki strateji reallığı dəyişdirdiyimiz gözəl günlərdir. Dəyişən güc balansı İsrailin qalib gəldiyi zaman bölgəmizdə yeni ittifaqların yaranma ehtimalını da özü ilə gətirir. Düşmənlərimiz və dostlarımız İsraili yenidən güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”, - Netanyahu əminliklə deyib.

Sentyabrın 29-da İsrail ordusu ötən gün radikalların İsrail ərazisinə raket hücumu cəhdinə cavab olaraq Yəməndəki Husi hədəflərinə, o cümlədən Hudeyda limanına hava zərbələri endirib. Reyddə Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə iştirak edib. Bu, Yaxın Şərqdə gərginliyin artmasından sonra İsrailin Hudeydaya ikinci hücumudur.

Chosen
11
27
modern.az

10Sources