AZ

Netanyahu: İran böyük səhv etdi, bədəlini ödəyəcək

İsrailin baş naziri Benyamin Netanyahu İranın ölkəsinə qarşı kütləvi raket hücumunu “böyük səhv” adlandırıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, o, Tehranın bunun əvəzini ödəyəcəyini deyib.

Netanyahu İsrail televiziyasında yayımlanan müraciətində deyib:

"İran bu gün böyük səhv etdi və bunun əvəzini ödəyəcək. İran rejimi bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmimizi anlamır.

Biz müəyyən etdiyimiz qaydaya əməl edəcəyik: kim bizə hücum edirsə, biz də ona hücum edirik”.

Netanyahu İranın hücumunu uğursuz adlandırıb. "Bu hücum uğursuz oldu. Onun qarşısı dünyanın ən qabaqcılı olan İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən alınıb. <...> Müdafiəmizə verdiyi dəstəyə görə ABŞ-yə təşəkkür edirəm", - o deyib.

Zaur, BakuPost

Seçilən
22
27
bakupost.az

10Mənbələr