EN

Suraxanıdakı oyunun biletləri satışda

Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sabah” oyunun biletləri satışa çıxarılıb.

Msport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qeyd edək ki, sentyabrın 29-da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq.

Chosen
2
10
msport.az

10Sources