AZ

"Qarabağ" - "Sabah" matçının biletləri satışda

Misli Premyer Liqasının VIII turunda keçiriləcək "Qarabağ" – "Sabah" qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir. Biletlər bu gün "iTicket.az"da onlayn, oyun günü isə həm "iTicket.az"da onlayn, həm də "Azersun Arena"nın kassasında da satışda olacaq. Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.  

Seçilən
3
10
matc.az

10Mənbələr