AZ

“Qarabağ” – “Sabah” oyununa biletlər satışa çıxır

Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılır.

İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Seçilən
0
22
idmanxeber.az

10Mənbələr