EN

Amerikalılar F-35 qırıcılarını Yunanıstana yerləşdiriblər

Amerikanın beşinci nəsil F-35A Lightning II qırıcılarından ibarət qrup NATO-nun Ramstein Flag 2024 təlimində iştirak etmək üçün Yunanıstandakı Andravida bazasına gəlib.

 

Oxu24.com xəbər verir  ki, ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı bildirib.

Təlimlərə sentyabrın 30-dan oktyabrın 11-dək NATO-nun Müttəfiq Hava Komandanlığı rəhbərlik edəcək. Onlarda Şimali Atlantika Alyansına üzv olan 12 ölkənin hərbi hava qüvvələri iştirak edəcək.

Amerika qırıcıları Britaniyanın Lakenheath aviabazasından yerləşdirilib. İngiltərədəki Mildenhall Hərbi Hava Qüvvələri bazasından Amerikaya məxsus KC-135 yanacaq dolduran təyyarə də Yunanıstana gəlib.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığı bildirib ki, Ramstein Flag 2024 təlimləri inteqrasiya olunmuş hava və raket hücumundan müdafiə sistemlərindən istifadə də daxil olmaqla, NATO üzv ölkələrinin birgə döyüş qabiliyyətini təkmilləşdirmək məqsədi daşıyır.

 

Miri

 

Chosen
62
31
oxu24.com

10Sources