AZ

ABŞ bu ölkəyə F-35-lərin satışını TƏSDİQLƏDİ

ABŞ Dövlət Departamenti cümə günü Rumıniyaya 7,2 milyard dollar dəyərində beşinci nəsil F-35 qırıcı təyyarələrinin və avadanlıqlarının satışını təsdiqləyib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

 

"Dövlət Departamenti Rumıniya hökumətinə 7,2 milyard dollar məbləğində F-35 təyyarələri və müvafiq avadanlıqların mümkün xarici hərbi satışını təsdiqləmək qərarına gəlib", - məlumatda deyilir.

 

Qeyd olunur ki, Rumıniya hökuməti onlar üçün 32 ədəd “F-35A Lightning II” qırıcısı və biri ehtiyat da daxil olmaqla 33 mühərrik almaq niyyətindədir.

Seçilən
53
31
modern.az

10Mənbələr