EN

İsrailin Baş Qərargah rəisi: Ordu Livanda Hizbullaha qarşı qurudan hücuma hazırlaşır - YENİLƏNİB

Ordu Livanda Hizbullaha qarşı qurudan hücuma hazırlaşır.

APA “The Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi Livanda qurudan hücumu simulyasiya edən təlim zamanı 7-ci Zirehli Briqadanın əsgərlərinə deyir.

“Yuxarıda təyyarələrin səsini eşidirsiniz, biz bütün günü hücum edirik. Həm ərazini sizin [Livana] daxil olma ehtimalınız üçün hazırlamaq, həm də Hizbullaha zərbələr endirməyə davam etmək üçün”, - Halevi qeyd edib.

Baş Qərargah rəisi bildirib ki, Hizbullah bu gün atəş dairəsini genişləndirib.

“O (Hizbullah), bu gün çox güclü cavab alacaq. Bu gün də davam edəcəyik, dayanmırıq və hər yerdə onlara zərbələr endirməyə davam edirik. Məqsəd çox aydındır: şimalın [köçkün] sakinlərini sağ-salamat geri qaytarmaq. “Bunun üçün biz qurudan manevri hazırlayırıq”, - general əlavə edib.

***

16:32

Ordu Livanda Hizbullaha qarşı qurudan hücuma “güclü şəkildə hazır olmalıdır”.

APA “The Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) Şimal Komandanlığının rəisi general-mayor Ori Qordin deyib.

O, son günlər həyata keçirilən hava əməliyyatı nəticəsində Hizbullahın imkanlarına çox əhəmiyyətli zərbə endirildiyini vurğulayıb.

“Biz təhlükəsizlik vəziyyətini dəyişməliyik. Biz Livana qurudan manevrlə daxil olmaq üçün çox güclü şəkildə hazır olmalıyıq”, - o əlavə edib.

Chosen
23
25
apa.az

10Sources