AZ

Ordu Livanda Hizbullaha qarşı qurudan hücuma hazırlaşır- İsrailin Baş Qərargah rəisi

Ordu Livanda Hizbullaha qarşı qurudan hücuma hazırlaşır.

Bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi Livanda qurudan hücumu simulyasiya edən təlim zamanı 7-ci Zirehli Briqadanın əsgərlərinə deyib.

“Yuxarıda təyyarələrin səsini eşidirsiniz, biz bütün günü hücum edirik. Həm ərazini sizin [Livana] daxil olma ehtimalınız üçün hazırlamaq, həm də Hizbullaha zərbələr endirməyə davam etmək üçün”, - Halevi qeyd edib.

Baş Qərargah rəisi bildirib ki, Hizbullah bu gün atəş dairəsini genişləndirib.

“O (Hizbullah), bu gün çox güclü cavab alacaq. Bu gün də davam edəcəyik, dayanmırıq və hər yerdə onlara zərbələr endirməyə davam edirik. Məqsəd çox aydındır: şimalın [köçkün] sakinlərini sağ-salamat geri qaytarmaq. Bunun üçün biz qurudan manevri hazırlayırıq”, - general əlavə edib.

Seçilən
2
1
herbiand.az

2Mənbələr