“Bu gün Hizbullaha qarşı əməliyyatları sürətləndirəcəyik”.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi Herzi Halevi məlumat yayıb.
"Hizbullaha fasilə verilməməlidir. Bu gün hücum əməliyyatlarını sürətləndirəcəyik", - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, İsrailin Livana son sutkada endirdiyi zərbələr nəticəsində 558 nəfər həyatını itirib.
Daşqın HəsənovMissiya.Az