EN

Şikayətə gedən qadın polis bölməsində zorlanıb

Hindistanda bir qadın yolda bir qrup kişi tərəfindən təcavüzə məruz qaldığı üçün getdiyi polis bölməsində polis tərəfindən fiziki və cinsi təcavüzə məruz qalıb.

Oxu24.com xəbər verir  ki, sosial şəbəkələrdə yayılan hadisə ilə bağlı etiraz aksiyaları keçirilib, hadisədə iştirak edən 4 polis əməkdaşı işdən kənarlaşdırılıb.

BBC-nin məlumatına görə, hadisə ötən həftə Odişa ştatında baş verib.

Hadisədə əli olduğu iddia edilən 3-ü qadın olmaqla 4 polis əməkdaşının vəzifəsindən uzaqlaşdırıldığı, bir polis əməkdaşının isə başqa yerə təyin edildiyi açıqlanıb. Ştatın paytaxtı Bhubanesvarda restoran işlədən qadın, yerli vaxtla saat 01:00 radələrində yolda bir qrup kişi tərəfindən təcavüzə məruz qaldığını iddia edərək, nişanlısı ilə birlikdə Bharatpur polis bölməsinə getdiyini iddia edib. Sentyabrın 15-də onun orada polis tərəfindən fiziki və cinsi təcavüzə məruz qaldığını bildirib. Qadının polis idarəsində təpikləndiyi, saçından sürükləndiyi və cinsi təcavüzə məruz qaldığı görüntüləri sosial media hesablarında  yayılıb.

Nigar

 

Chosen
14
50
oxu24.com

10Sources