EN

"Milan" İtaliya derbisində "İnter" üzərində qələbə qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliya A Seriyasının V turunda "İnter" və "Milan"ın qarşılaşdığı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Milanda (İtaliya) "San Siro" stadionunda (Cüzeppe Meatsa) qarşılaşıblar. Matçı Maurisio Marianinin (Roma) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "Milan" 2:1 hesabı ilə qalib gəlib.
10-cu dəqiqədə "Milan"ın hücumçusu Kristian Pulişiç solo ötürmədən sonra fərqlənib. 28-ci dəqiqədə "İnter"in müdafiəçisi Federiko Dimarko Lautaro Martinesin ötürməsindən sonra hesabı bərabərləşdirib. "Milan"ın müdafiəçisi Matteo Qabbia 89-cu dəqiqədə Teyani Reyndersin ötürməsi ilə fərqlənib.
Bu qələbədən sonra "Milan" səkkiz xal toplayıb və A Seriyasının turnir cədvəlində altıncı pillədə qərarlaşıb, "İnter"in aktivində isə səkkiz xalı var və yeddinci yerdədir.
Chosen
40
25
oxu.az

10Sources