AZ

La Liqa: "Real Madrid" üç xalı üç qolla aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya La Liqasında yeddinci turun matçları oynanılır.
Oxu.Az xəbər verir ki, son çempion "Real Madrid" öz meydanında "Deportivo Alaves"i qəbul edib.
Görüş gözlənildiyi kimi kral klubunun üstünlüyü ilə keçsə də, qonaqlar son dəqiqələrdə ev sahiblərinə çətin anlar yaşadıblar. Artıq birinci dəqiqədə hesabı açan paytaxt komandası rəqibin qapısından üç top keçirib. 85 və 86-cı dəqiqələrdə ardıcıl iki qol buraxan Ancelottinin yetirmələri qələbə hesabını qoruyub saxlamağı bacarıblar - 3:2.
Bu nəticədən sonra "Real" 17 xalla turnir cədvəlində ikinci pillədədir. "Alaves" isə 10 xalla səkkizincidir. La Liqaya madridlilərdən bir oyun az keçirən, lakin bir xal çox toplayan "Barselona" başçılıq edir.
Seçilən
22
14
oxu.az

10Mənbələr