EN

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr müzakirə olunub

Bakı. Trend:

20 sentyabr 2024-cü il tarixində Vilnüs şəhərində Azərbaycan vəLitva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrinnövbəti iclası keçirilib.

Bu barədə Trend-ə Xariciİşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinə xariciişlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isəxarici işlər nazirinin müavini Yonas Survila rəhbərlik ediblər.

İclas zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitarsahələrdə münasibətlərin hazırkı vəziyyəti və inkişafperspektivləri müzakirə olunub.

Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfərlərin davametdirilməsinin əhəmiyyəti vurğulanıb.

Eləcə də, müqavilə-hüquq bazasının genişləndirilməsi, habeləparlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin vacibliyiqeyd edilib.

Qarşılıqlı ticarət və sərmayələrin təşviqi, nəqliyyat,alternativ enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı,aqro-sənaye sahələrində geniş əməkdaşlıq imkanların mövcudluğuvurğulanıb, iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan-Litvahökumətlərarasıkomissiyanın fəaliyyətinin əhəmiyyəti qeydolunub.

Münasibətlərin genişləndirilməsində humanitar sektorda, təhsil,mədəniyyət və turizm sahələrində mübadilələrin, xalqlararasıtəmasların gücləndirilməsinin də faydalı olduğu qeyd olunub.

Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edənməsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davametdirilməsi də müzakirələrin diqqət mərkəzində olub. 2024-cü ilinnoyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına(COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəfməlumatlandırılıb.

Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət vəAzərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığıkonstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdəmina problemi və orada həyata keçirilən genişmiqyaslıbərpa-quruculuq işləri barədə məlumat verilib.

Səfər zamanı F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləriilə görüşüb, eləcə də beyin və araşdırma mərkəzlərininnümayəndələri ilə dəyirmi masa formatında keçirilən müzakirələrdəiştirak edib.

Məqalədə:
Chosen
33
33
az.trend.az

10Sources