AZ

Litva ilə siyasi məsləhətləşmələr keçirildi


Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Yonas Survila rəhbərlik ediblər.

İclas zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi, habelə parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
15
news24.az

10Mənbələr