EN

"McDonald"s Azərbaycan" və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"McDonald"s Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondu (DSMF) bütün ölkə üzrə şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib
"McDonald"s Azərbaycan" şirkəti Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə bu il birinci sinfə gedən 6-7 yaşlı şəhid övladları üçün məktəb ləvazimatlarının alınmasına və onların ölkənin müxtəlif bölgələrinə çatdırılmasına dəstək olub.
Yeni tədris ili ərəfəsində bütün ölkə üzrə 170 şəhid övladı məktəb ləvazimatları ilə təmin edilib. Bunun üçün alınmış məktəb ləvazimatları şəhid ailələrinin yaşadığı bölgələrə çatdırılıb.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında "McDonald"s Azərbaycan" şirkəti ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanmış memorandum korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi məqsədilə "McDonald"s Azərbaycan" və DSMF arasında qarşılıqlı faydalı, uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi üçün qaydaları müəyyən edib və 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarına dəstək göstərməyə yönəlmiş bir çox birgə təşəbbüslərin əsası olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
50
oxu.az

10Sources