EN

Qəzzada son sutkada 26 fələstinli öldü


İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 30-a yaxın fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 26 nəfər ölüb, 84 nəfər yaralanıb”, - deyə nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 41 252, yaralananların sayı 95 497 nəfərə çatıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
4
yeniavaz.com

10Sources