AZ

İsrailin Qəzza zolağına intensiv hücumları davam edir

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 41 252 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 347 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 26 fələstinlinin həyatını itirdiyi, 84 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 252-yə, yaralıların sayının isə 95 497 nəfərə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında və yol kənarında hələ də minlərlə ölünün olduğu, ancaq İsrailin maneələri səbəbindən mülki müdafiə işçilərinin və tibbi qrupların cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb. 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
6
trt.net.tr

10Mənbələr