EN

Səkkiz ayda əhali içki və siqaretə 1,7 milyard manat xərcləyib

2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 693,2 milyon manatlıq siqaret və içki məhsulları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-avqust aylarına nisbətən 0,7% çoxdur.

Bu ilin 8  ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,5% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.

Təkcə avqust ayında siqaret və içkiyə xərclənən vəsaitin məbləği isə 218,6 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
2
fed.az

10Sources