EN

Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürüldü - Foto - Yenilənib

Sabunçu rayonu, Aeroport şosesi, Sabunçu Tibb Mərkəzinin yaxınlığında yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib ki, yanğın səbəbindən yolda məhdudiyyət olmasa da, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən bəzi avtomobil sürücüləri sürəti azaldıb yanğın baş verən əraziyə baxması hər iki istiqamətdə sıxlığın yaranmasına səbəb olub.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu Ə.Məmmədəliyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Nazirlikdən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
50
qafqazinfo.az

10Sources