Bəzən sərnişinlər qatarlara onlayn bilet aldıqları zaman qatarın növünə fikir vermirlər. Bu isə sonradan sərnişinlər arasında narazılığa səbəb olur.
Redaktor.az xəbər verir ki, ADY-dan APA-ya verilən məlumata görə rayonlararası (şəhərlərarası) marşrutları ilə səfər biletinin onlayn rəsmiləşdirilməsi zamanı hərəkətdə olacaq qatarın növü (sürətli və ya sürət qatarı) açılan səhifədə göstərilir.
Bu zaman qeyd olunan məlumat pəncərənin sol tərəfində, marşrutun adının yuxarı hissəsində “Stadler” və ya “Ekspress” formasında əks olunur.
Qatarlara onlayn formada bilet alan sərnişinlərdən bu məsələdə diqqətli olmaları xahiş olunur.
- Sərnişinlər
- Təhlükəsizlik
- Nəzarət
- Səfər
- Onlayn
- Səhifə
- Fikir
- Hərəkət
- Narazılıq
- Qatar
- Apa
- Sərnişin
- Növ
- Bilet
- Marşrutlar
- Sürət
- Marşrut
- Sürət Qatarı
- Ady
- Onlayn Bilet
- Sürətli
- Rəsmiləşdirmə
- Şəhərlərarası
- Rayonlararası
- Rayonlararası Səfər
- Qatar Növü
- Rayonlararası Marşrutlar
- Baş Dəmir Yolu
- Rayonlararası Marşrut
- Rəsmiləşdirilmək