AZ

ADY sərnişinləri diqqətli olmağa çağırdı

Bəzən sərnişinlər qatarlara onlayn bilet aldıqları zaman qatarın növünə fikir vermirlər. Bu isə sonradan sərnişinlər arasında narazılığa səbəb olur.
 
ADY-nın verdiyi məlumata görə, rayonlararası (şəhərlərarası) marşrutları ilə səfər biletinin onlayn rəsmiləşdirilməsi zamanı hərəkətdə olacaq qatarın növü (sürətli və ya sürət qatarı) açılan səhifədə göstərilir.
 
Bu zaman qeyd olunan məlumat pəncərənin sol tərəfində, marşrutun adının yuxarı hissəsində "Stadler" və ya "Ekspress" formasında əks olunur.
 
Qatarlara onlayn formada bilet alan sərnişinlərdən bu məsələdə diqqətli olmaları xahiş olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
12
moderator.az

10Mənbələr