Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumiistifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarışəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
Trend bu barədə agentliyə istinadən xəbər verir ki, Azadlıqprospektində 3 km-ə yaxın hərəkət zolağı təşkil edilib. Həmin yolsahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanmaxətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Azadlıq prospektindən10 müntəzəm marşrut xətti üzrə 150-dən çoxavtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində120700-ə yaxın sərnişin daşınır.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçininyaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edənzəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə vəprospektlərdə də həyata keçiriləcək.