AZ

Azadlıq prospektində 3 kilometrlik avtobus zolağı təşkil edilib

Azadlıq

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, görülən işlər çərçivəsində Azadlıq prospektində 3 km-ə yaxın hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Azadlıq prospektindən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120700-ə yaxın sərnişin daşınır.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
36
azertag.az

10Mənbələr