EN

Azərbaycan millisinin bir futbolçusu İsveçlə oyunun "23-lüy"ündən kənarda qalıb

Azərbaycan millisinin bir futbolçusu Millətlər Liqasının I turunda bu gün İsveçlə evdə keçiriləcək matçın "23-lüy"ündən kənarda qalıb. SİA-nın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Fernandu Santuş "Zirə"dən Qismət Alıyevin xidmətinə ehtiyac duymayıb.

32 yaşlı oyunçu yüngül zədəsi olduğu üçün sözügedən qarşılaşmanı tribunadan izləməli olacaq.

Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
16
sia.az

10Sources