AZ

Sankt-Peterburqda seçki məntəqələrində 30-a yaxın insan qidadan zəhərləndi

Rusiyanın Sankt-Peterburq şəhərində 30-a yaxın insan şəhər seçki məntəqələrində qida zəhərlənməsi əlamətləri ilə həkimlərə müraciət edib.

Bizim.Media rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

"Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) əməkdaşları hazır yeməklərin istehsal olunduğu və seçki məntəqələrinə təhvil verildiyi binalara baxış keçiriblər və müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunur ki, şəhərin Admiralteyski və Kirovski rayonlarındakı seçki məntəqələrində baş verən zəhərlənmələrlə bağlı istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Sankt-Peterburqda sentyabrın 6-dan 8-dək qubernator və bələdiyyə müavinləri üçün seçki keçirilir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
bizim.media

10Mənbələr