EN

Azərbaycanın minifutbol komandaları Çempionlar Liqasında mübarizəyə başlayır

Azərbaycanın minifutbol komandaları bu gün Polşanın paytaxtı Varşavada start götürəcək Çempionlar Liqasında mübarizəyə başlayacaqlar.

"Far.Az"un məlumatına görə, "AzNur" ilk oyunda Fransa təmsilçisi "Les Piopio" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

"Birbaşa Bakı" isə İspaniyanın "Malaqa" kollektivini sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sentyabrın 6-da gerçəkləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
10
far.az

9Sources