AZ

Azərbaycan komandaları ÇL-də mübarizəyə başlayır

Azərbaycanın minifutbol komandaları bu gün Polşanın paytaxtı Varşavada start götürəcək Çempionlar Liqasında mübarizəyə başlayacaqlar.

Futbolinfo.az xəbər verir ki, “AzNur” ilk oyunda Fransa təmsilçisi “Les Piopio” ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“Birbaşa Bakı” isə İspaniyanın “Malaqa” kollektivini sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlayacaq.

Qrup mərhələsinin digər oyunları sentyabrın 6-da gerçəkləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
10
futbolinfo.az

9Mənbələr