AZ

"AzNur" və "Birbaşa Bakı" Çempionlar Liqasında ilk oyununa çıxırlar

Azərbaycanın 2 minifutbol komandası bu gün Polşanın paytaxtı Varşavada start götürəcək Çempionlar Liqasında mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, ötən mövsümün vitse-çempionu "AzNur" ilk oyunda Fransa təmsilçisi "Les Piopio" ilə üz-üzə gələcək.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
 
Çempion "Birbaşa Bakı" isə İspaniya "Malaqa"sı ilə qarşılaşacaq. Bu görüş saat 19:00-da başlayacaq.
 
Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sentyabrın 6-da baş tutacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
10
sport24.az

9Mənbələr