EN

Almaniya Ukraynaya 17 ədəd hava hücumundan müdafiə sistemi göndərəcək

Almaniya Ukrayna üçün 17 ədəd “IRIS-T” hava hücumundan müdafiə sistemi tədarük edəcək.

APA-nın “Eurointegration” portalına istinadən məlumatına görə, bu barədə Almaniya kansleri Olaf Şolts açıqlayıb. Onun sözlərinə görə, bu sistemlərdən 8 ədədi orta, 9 ədədi isə yaxınmənzilli sistemlərdir.

Kansler əlavə edib ki, 4 ədəd “SLM” və üç ədəd “SLS” tipli analoji silahlar artıq Ukraynadadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
143
43
apa.az

10Sources