EN

Üçüncü dünyadan olan insanlar Avropaya getmək üçün ölürlər

Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, Kale şəhərinin cənub-qərbində, qeyri-qanuni miqrantları daşıyan kiçik gəminin çevrilərək batması nəticəsində Fransanın Le Portel kommunası sahillərində azı 12 nəfər ölüb.

Çox güman ki, faciə qurbanlarının sayı daha çox olacaq. Batan gəminin göyərtəsində dəqiq neçə nəfərin olduğu hələ də bəlli deyil.

Yerli sahil mühafizə idarəsinin bildirdiyi  kimi, batmış qayığın 50-dən çox sərnişini xilas edilib, xilas edilən 53 nəfərdən çoxu qəza nəticəsində xəsarət alıb, bir neçə nəfərin vəziyyəti ağırdır.

Ən azı daha iki nəfər itkin düşüb, boğazda axtarış-xilasetmə əməliyyatları davam edir.

 Yerli mətbuatın məlumatına görə, Nord-Pas-de-Kalenin yerli prefekturasının rəhbəri (vilayət qubernatoru) da oraya gedir.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
50
oxu24.com

10Sources