AZ

Yanacaqdan tutmuş insanlara qədər hər şeyi Avropaya daşıyırdı: Liviyada “qaçaqmalçılar kralı” öldürülüb

Vaxtilə Liviya sahil mühafizəsinin yüksək rütbəli əməkdaşı, daha sonra isə Avropada qaçqın böhranını daha da ağırlaşdıran Abdel-Rahman Milad Liviyanın paytaxtı yaxınlığında öldürülüb.


Sfera.az xəbər verir ki, Abdel-Rahman Milad “qaçaqmalçılar kralı” adlandırılırdı. O, şəxsi avtomobilində güllələnib. Minlərlə qaçqının Avropaya daşınması ilə miqrasiya böhranının pisləşməsində məhz Abdel-Rahman Miladın əli olduğu güman edilir. O, həmçinin sərnişinləri ilə birlikdə rəqiblərin qayıqlarını da batırırdı.


O, bu həftənin əvvəlində Tripoliyə yaxın Səyyad qəsəbəsində, vaxtilə rəhbərlik etdiyi dəniz akademiyasının yaxınlığında ölü tapılıb.
 

Yerli mediada yol kənarında güllələrdən deşik-deşik olan ağ rəngli “Toyota Land Cruiser@ avtomobilinin içərisində kişi cəsədinin olduğu fotolar dərc edilib. Əlavə sübut təqdim edilməsə də, KİV Abdel-Rahmanın öldürüldüyünü bildirib.


Qeyd edək ki, 34 yaşlı bu şəxs bölgədə qaçaqmalçılıqla məşğul olan, yanacaqdan tutmuş insanlara qədər hər şeyin ticarəti ilə məşğul olan şəxs kimi tanınırdı.
 

Abdel-Rahman Milad miqrantlarla qayıqda




2018-ci ildə BMT Təhlükəsizlik Şurasının ona və ölkədəki miqrant alveri şəbəkələrinin digər beş əsas üzvünə qarşı sanksiyalar tətbiq etməsindən sonra “İnterpol”ona qarşı Qırmızı Bildiriş dərc edib.
 

Həmin vaxt Milad Zaviyədə mühacirlərə və digər qaçaqmalçılara qarşı zorakılıqlarla bağlı olan sahil mühafizə bölməsinin rəisi vəzifəsini icra edib.
 

BMT-nin sanksiya nəzarətçiləri Milad və digər sahil mühafizəsinin əməkdaşlarının odlu silahdan istifadə edərək miqrant qayıqlarının batırılmasında bilavasitə iştirak etdiyini bildirir.


O, 2020-ci ilin oktyabrında Liviya səlahiyyətliləri tərəfindən həbs olunsa da, bir neçə ay sonra sərbəst buraxılıb və qeyri-qanuni miqrasiya ilə mübarizə aparan sahil mühafizəsinin rəisi təyin edilib.


 

Liviya Rəyasət Heyətindən Abdullah Əllafi “Facebook”dakı paylaşımında günahkarların ilahi cəzadan qaça bilməyəcəklərini bildirib. O, həmçimin qeyd edib ki, Abdel-Rahmanın ölüm xəbəri milli liderləri qəzəbləndirdi.
 

Şərqdə (Tripoli) baş nazir Əbdül Həmid Dbeibah hökumətindən heç bir şərh verilməsə də, Liviyanın qərbindəki milis lideri Muammar Dhawi Miladın ölümünə görə yas elan edib. O, “Facebook”da yayımladığı bəyanatda təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün araşdırma aparılmasını istəyib.


Xatırladaq ki, Liviya 2011-ci ildən bəri uzun müddətdir diktator Müəmmər Qəddafinin devrilməsindən və öldürülməsindən sonra korrupsiya və iğtişaşlarla üzləşib. O vaxtdan bəri ölkə hər biri silahlı qruplar və xarici hökumətlər tərəfindən dəstəklənən iki administrasiya arasında bölünüb.
 

Xaosun fonunda neftlə zəngin bu ölkə Afrikadan və Yaxın Şərqdən müharibədən, yoxsulluqdan qaçan və Aralıq dənizi vasitəsilə Avropaya çatmaq ümidi ilə yaşayan insanlar üçün mühüm tranzit nöqtəsinə çevrilib.


Aynil
Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
sfera.az

10Mənbələr