EN

Qırğızıstanda KTMT-nin təlimləri Ermənistansız başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri başlayır. "Vzaimodeystviye-2024" ("Qarşılıqlı Fəaliyyət-2024") adlanan tədbirdə Ermənistan iştirak etməyəcək.
Oxu.Az-ın "Sputnik Qırğızıstan"a istinadla verdiyi məlumata görə, bu barədə təşkilatın mətbuat xidmətindən xəbər verilib.
Bildirilir ki, təlimlərə Belarus, Rusiya, Qırğızıstan, Tacikistan və Qazaxıstandan hərbi kontingentlər, həmçinin KTMT-nin katibliyi və birləşmiş qərargahının əməliyyat qrupları qatılacaqlar. Bundan əlavə, iştirakçı ölkələrin Daxili İşlər Nazirliyi, Milli Qvardiya, Fövqəladə Hallar Nazirliyi və xüsusi xidmət orqanlarının bölmələri də manevrlərə qoşulacaqlar.
Lakin Ermənistan bu təlimlərdə iştirakdan imtina etmək qərarına gəlib və bu barədə əvvəlcədən KTMT-yə məlumat verib. Bu, onun təşkilatda iştirakını dayandırması ilə əlaqədardır.
Qeyd edək ki, 5 mindən çox insan və 900-dən çox hərbi texnikanın iştirak edəcəyi təlimlər sentyabrın 3-dən 15-nə kimi davam edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
126
50
oxu.az

10Sources