AZ

Şəmkirdə narkotik vasitələr satan şəxs saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəmkirdə narkotik vasitələr satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Roman Kərimov saxlanılıb.
Onun idarə etdiyi avtomobildən satış məqsədi ilə əldə etdiyi 2 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
50
oxu.az

10Mənbələr