EN

Məşhur rusiyalı tennisçi ABŞ Açıq çempionatından kənarlaşdırılıb

Rusiyalı tennisçi Diana Şnayder ABŞ açıq çempionatının 1/4 finalına çıxa bilməyib və dünyanın altıncı nömrəsi olan amerikalı Cessika Pequlaya uduzub .

Saat yarıma yaxın davam edən görüş 6:4, 6:2 hesabı ilə başa çatıb.

32gun.az xəbər verir ki, 1/4 finalda Pequla İqa Szviatek ( Polşa ) - Lyudmila Samsonova (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq.

Üçüncü tur matçında Şnayder italiyalı Sara Erranini iki setdə məğlub edib - 6:2, 6:2.

Mirra Andreeva və Diana Şnayder 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında Rusiya komandası üçün yeganə mükafatı qazandılar - finalda italiyalı Sara Errani/Jasmin Paolini cütlüyünə uduzaraq qadın cütlüyündə ikinci oldular. Bu medallar yekun sıralamada nəzərə alınmır.

Nilay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
9
32gun.az

10Sources