AZ

ABŞ Açıq çempionatının qalibi olan tennisçi rekordu təkrarlayıb

ABŞ Açıq çempionatının qalibi olan italiyalı tennisçi Yannik Sinner 47 ildən sonra rekordu təkrarlayıb. SİA-nın məlumatına görə, 23 yaşlı idmançı buna eyni mövsümdə ilk iki Böyük Dəbilqədə qələbə qazanmaqla nail olub.

O, yanvarda Avstraliya Açıq çempionatında da eyni nəticəni göstərmişdi.

Sinner Cimmi Konnors (1974) və Gilyermo Vilasdan (1977) sonra bunu bacaran üçüncü tennisçidir.

Qeyd edək ki, italiyalı idmançı ABŞ Açıq çempionatının finalında yerli tennisçi Teylor Fritsi məğlub edib - 3:0 (6:3, 6:4, 7:5).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
9
sia.az

10Mənbələr