Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 və 29 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.
Bizim.Media xəbər verir ki, seçki dairəsinin sədri Kəmalə Qədirova bu məntəqənin seçici siyahısında 1477 nəfərin adı olduğunu bildirib.
Səsvermə başlayandan 3 saat vaxt ərzində 380 nəfər səs verib.
Sözügedən darə üzrə seçicilərdən biri də Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov olub. O bugün səhər saatlarında səsvermədə iştirak edib.
Bizim.Media