AZ

Səsvermədə iştirak edən Asim Mollazadədən İLK AÇIQLAMA – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 28 və 29 saylı məntəqəsində seçici aktivliyi müşahidə olunur. Deputatlığa namizəd Asim Mollazadə də 29 saylı seçki məntəqəsində səs verib.

Asim Mollazadə seçki ilə bağlı təəssüratlarını Bizim.Media ilə bölüşüb.

O, seçkilərin olduqca aktiv keçdiyini vurğulayıb:

“Bizdə olan məlumata görə, Azərbaycanın bir sıra bölgələrdə seçici fəallığı var. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı üçün qürurverici hal odur ki, hazırda seçkilər həm də ilk dəfə olaraq Qarabağ və Şərrqi Zəngəzurrda keçirilir. Azərbaycanın hər bir guşəsində seçkinin keçirilməsi dövlətimizin gücünün nümayişidir”.



Selcan Zaurqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
bizim.media

10Mənbələr