AZ

Azərbaycanın ən yaşlı qadın və kişi SEÇİCİLƏRİ – ADLAR

Ən yaşlı qadın seçici 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. Onun 134 yaşı var. 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatdadır.

Bizim.Media xəbər verir ki, bu barədə növbədənkənar parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsində seçici siyahısındadır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
bizim.media

10Mənbələr