Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu Rusiya Federasiyasının ali mükafatı - Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif edib.
Bu barədə İz.ru-ya istinadən xəbər verilir.
Qeyd edək ki, Aleksandr Lukaşenkonun avqustun 30-da 70 yaşı tamam olub.
Putin bu mükafatı Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, iki qardaş ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə, eləcə də ittifaq dövlətinin yaradılması və effektiv fəaliyyətinə verdiyi şəxsi töhfəsinə görə təqdim edib.
Mənbə: oxu.az
Digər SİYASƏT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az