AZ

Putin Lukaşenkonu ordenlə təltif etdi

Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu Rusiya Federasiyasının ali mükafatı – “Müqəddəs apostol Andrey Pervozvannı” ordeni ilə təltif edib.

 

Məlumatı İz.ru yayıb.

 

Putin Lukaşenkonu Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, iki qardaş ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə, eləcə də ittifaq dövlətinin yaradılması və effektiv fəaliyyətinə verdiyi şəxsi töhfəsinə görə mükafatlandırıb.

 

Yeri gəlmişkən, qeyd edək ki, bu gün-avqustun 30-da Aleksandr Lukaşenkonun 70 yaşı tamam olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
9
senzor.az

10Mənbələr