AZ

Putin Lukaşenkonu ordenlə təltif etdi

Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu Rusiya Federasiyasının ali mükafatı - Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, məlumatı İz.ru yayıb.

Putin bu mükafatı Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, iki qardaş ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə, eləcə də İttifaq dövlətinin yaradılması və effektiv fəaliyyətinə verdiyi şəxsi töhfəsinə görə təqdim edib.

Qeyd edək ki, Aleksandr Lukaşenkonun bu gün (avqustun 30-da) 70 yaşı tamam olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
9
milli.az

10Mənbələr